Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirdi

08:24 - 19 İyul 2022

Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirdi

Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq.

Manset.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib.

"Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır - qeyri-qənaətbəxş nəticəli işlər”, - o deyib.

Xatırladaq ki, Zelenski bir gün əvvəl UTX-nin rəhbəri İvan Bakanovu, eləcə də baş prokuror İrina Benediktovanı istefaya göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az