ABŞ-də beyin yeyən amöb panikası var.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, üzmək üçün gölə girən adam özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya çatdırılıb.
Xəstədə "beyin yeyən amöb" kimi tanınan nadir bir infeksiya olan "Naegleria fowleri" aşkar edilib.
Həmin şəxsin səhhətinin kritik olduğu bildirilir.
“Beyin yeyən amöb”ə ABŞ-də 1962-ci ildən bəri yalnız 154 yoluxma halı müəyyən edilib.