Rusiyaya qarşı yeni sanksiyalar paketinin məzmunu açıqlandı: Siyahıda tanınmış aktyor da var

23:16 - 19 İyul 2022

Rusiyaya qarşı yeni sanksiyalar paketinin məzmunu açıqlandı: Siyahıda tanınmış aktyor da var

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketi çərçivəsində “Gecə canavarları” motoklubunu və onun rəhbərlərini qara siyahıya salacaq.

Manşet.az xəbər verir ki, söhbət qurumun prezidenti Aleksandr Zaldastanov (cərrah) və içlərində Slovakiya vətəndaşı və klubun Avropa bölməsinin rəhbəri Yozef Hambalekin də olduğu üç müavinindən gedir. Siyahı təsdiq olunarsa, Bratislava Hambalekin aktivlərini dondurmağa və Slovakiyanın digər Aİ dövlətləri ilə sərhədindən keçməsinə qadağa qoymağa məcbur olacaq.

Baykerlərə qarşı məhdudiyyətlərin tətbiqi Avropa İttifaqına üzv ölkələrin səfirləri tərəfindən müzakirə edilib.

Sanksiyalar siyahısına həmçinin “Sberbank”, Ural Mədən-Metallurgiya Şirkətinin baş direktoru Andrey Kozitsın, həmçinin Moskva meri Sergey Sobyanin, aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov, “Rostek”in rəhbəri Sergey Çemezov daxil olacaqlar.

Sanksiyalar siyahısı çərşənbə günü təsdiq oluna bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az