Britaniyada rekord istilər səbəbindən yanğınlar başlayıb - VİDEO

23:32 - 19 İyul 2022

Britaniyada rekord istilər səbəbindən yanğınlar başlayıb - VİDEO

Britaniyada rekord istilər yanğınlara səbəb olub.

Manşet.az xəbər verir ki, bu gün ölkənin bir sıra rayonlarında havanın temperaturu +40 dərəcəyə yüksəlib ki, bu da meteoroloji müşahidələr tarixində rekord göstərici olub.

Britaniya Hərbi Hava Qüvvələrinin ən böyük bazası “Brize Norton” istilərin uçuş-enmə zolaqlarına təsiri səbəbindən bir gün əvvəl fəaliyyətini dayandırıb. Ölkənin cənubunda qatarlar gecikmə ilə hərəkət edir, bəzi reyslər isə ləğv edilib.

Hazırda krallıqda bir çox tədris müəssisələrində dərslər dayandırılıb və ya onların müddətini əhəmiyyətli dərəcədə azaldılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az