Baydenlə Si Cinpinin görüşü planlaşdırılır

21:44 - 12 Avqust 2022

Baydenlə Si Cinpinin görüşü planlaşdırılır

ABŞ Prezidenti Co Bayden noyabrda Çin Prezidenti Si Cinpinlə ilk təkbətək görüşünü keçirə bilər.

Manset.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. 

Bildirilir ki, Si Cinpinin Cənub-Şərqi Asiyaya səfəri və noyabrda Baydenlə görüşü planlaşdırılır. 

Qeyd olunur ki, bu, Çin rəhbərinin təxminən 3 ildə ABŞ-a ilk səfəri və Amerika prezidenti vəzifəyə başladıqdan sonra onun Baydenlə ilk görüşü ola bilər.

Qəzetin yazdığına görə, Si Cinpin 15-16 noyabrda Bali adasında keçiriləcək G20 sammitində iştirak edə, oradan isə APEC sammiti üçün Banqkoka gedə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az