Bayden və Şolts Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəldi

21:59 - 09 Oktyabr 2022

Bayden və Şolts Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəldi

Almaniya kansleri Olaf Şoltsla və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu abrədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.Tərəflər xüsusilə Donbassda keçirilən “referendum”ları pisləyib və Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirməyə razılaşıblar.

Almaniya kansleri və ABŞ prezidenti bunu BMT Nizamnaməsinin ciddi şəkildə pozulması adlandırıb.

Tərəflər həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar.

Federal kansler və ABŞ prezidenti həmçinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat aktlarını pisləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az