Əlcəzair və Fransa liderləri ikitərəfli münasibətlərin müsbət inkişafından danışdı

23:20 - 09 Oktyabr 2022

Əlcəzair və Fransa liderləri ikitərəfli münasibətlərin müsbət inkişafından danışdı

Əlcəzair və Fransa prezidentləri Əbdülməcid Tebbun və Emmanuel Makron arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Əlcəzair prezident administrasiyasından məlumat verilib.Liderlər ikitərəfli münasibətlərin vəziyyətini müzakirə edib.

“Onlar ikitərəfli əlaqələri nəzərdən keçirib, bu əlaqələrin müsbət inkişafından və səviyyəsindən məmnunluq ifadə ediblər”, - deyə administrasiyadan bildirilib.

Xatırladaq ki, Fransanın baş naziri Elizabet Bornun rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzairə səfər edib.

Hava limanında onu Əlcəzairin baş naziri Ayman Benabderrahman, xarici işlər naziri Ramtan Lamamra və digər hökumət üzvləri qarşılayıblar.

Born Əlcəzair-Fransa yüksək səviyyəli hökumətlərarası komissiyasının beşinci iclasında iştirak edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az