Şimali Koreya hədəfini AÇIQLADI

10:28 - 10 Oktyabr 2022

Şimali Koreya hədəfini AÇIQLADI

ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gərginliyi pik həddə çatdıracaq açıqlama verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya bildirib ki, sınaqlar Cənubi Koreya və ABŞ-nin hədəflərini “vurmaq və məhv etmək” üçündür.

Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyinin bəyanatında bildirilir ki, raket sınaqları ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavab olaraq həyata keçirilib.

Kim Çen In yaxın həftələrdə daha çox sınaq keçirəcəyinə işarə edib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az