Ölüb dirilən qadının sözləri şok etdi: İnsanlığa mesaj gətirdim - VİDEO

12:05 - 10 Oktyabr 2022

Ölüb dirilən qadının sözləri şok etdi: İnsanlığa mesaj gətirdim - VİDEO

ABŞ-də öldüyünü və sonra dirildiyini iddia edən tibb bacısının sözləri hər kəsi heyrətə gətirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Kentukki ştatında yaşayan 52 yaşlı tibb bacısı Penni Vittbrodt tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib və tənəffüs aparatına qoşulub.

İddialara görə, qadının həyat funksiyaları dayansa da, sonradan həyata qayıdıb.

Penni Vittbrodt öldüyü iddia edilən müddətdə yaşadıqlarından ilk dəfə danışıb. O, bildirib ki, ruhu bədəndən ayrıldıqdan sonra parlaq bir işıq görüb və ilk olaraq nənəsi ilə görüşüb. Nənəsinin ona "sakit olmalısan" dediyini iddia edib.

Penni daha sonra dünyada yaşadığı ağrılara görə Allahı şikayət etdiyini və gözlənilməz bir vəziyyətlə üzləşdiyini bildirib:

"Ruhum bədəni tərk etdi və mən öləndə Allahın səsini eşitdim. Dünyada çəkdiyim ağrılara görə ona şikayətləndim. O, mənə dedi ki, dünyada çəkdiyim əziyyətin əvəzini öləndə alacağam".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az