Dünyanın ən varlı adamı İlon Mask Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində Çin və Tayvan arasındakı siyasi gərginlikdən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask müsahibədə Tayvanın Çinə bağlı “xüsusi inzibati bölgə” olmasını təklif edib:
“Məsləhətim budur ki... Tayvan xüsusi inzibati rayon olmalıdır. Bu, hər kəsin xoşuna gəlməsə də, ağlabatan bir həll ola bilər. Honq-Konqla müqayisədə daha çevik tənzimləmə mümkün ola bilər”.
Çinin Vaşinqtondakı səfiri Maska təklifinə görə təşəkkür edib, tayvanlı həmkarı isə “azadlıqlarının satılmadığını” deyib.