Qazaxıstandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

19:38 - 10 Oktyabr 2022

Qazaxıstandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərini Ukrayna ərazisinə səfərdən çəkinməyə və mümkünsə bu ölkəni tərk etməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın hər yerində mülki infrastruktura və dövlət obyektlərinə hücumların intensivləşməsi ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, ölkədə olanları isə hava xəbərdarlığı siqnallarına diqqət etməyə və bu zaman sığınacaqlarda qalmağa çağırır”, - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az