Polşa öz vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə edib.
Manset.az xarici mediaya istinadən bildirir ki, Ukraynadakı müharibə səbəbindən Belarusla əlaqələrin getdikcə gərginləşdiyini qeyd edən Polşa Belarusdakı Polşa vətəndaşlarının ölkəni tərk etməli olduğunu açıqlayıb.
Rusiyanın Ukraynaya hücumundan sonra sonuncu dəfə Kerç körpüsü bombalandı və Rusiyanın bu gün Kiyevə hücumundan sonra gərginlik artdı, Polşadan Rusiya ilə hərbi əməkdaşlıq edəcəyini açıqlayan Belarusa reaksiya gəldi.
"Biz Belarus Respublikası ərazisində qalan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi nəqliyyat vasitələri ilə ərazilərini tərk etməyi tövsiyə edirik", - hökumətin saytında yerləşdirilən bəyanatda deyilir.
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya ilə birgə regional hərbi birləşmənin yaradılması ilə bağlı razılığa gəliblər.
Aİ və NATO Belarusu BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq Rusiyanın “qəddar qeyri-qanuni cəhdinə” qarışmaqdan çəkinməyə çağırıb. “Belarus ordusunun bu müharibədə birbaşa iştirakı və ya hər hansı bir hərəkəti yeni və güclü məhdudlaşdırıcı tədbirlərlə qarşılanacaq”, - bəyanatda ordunun müharibədə iştirakını və mümkün nəticələrini qiymətləndirərkən deyilir.