Bu tarixdə Şotlandiyada müstəqillik referendumu keçiriləcək

22:35 - 10 Oktyabr 2022

Bu tarixdə Şotlandiyada müstəqillik referendumu keçiriləcək

Şotlandiya Milli Partiyasının rəhbəri Nikola Sturgeon ölkədə müstəqillik referendumunun 2023-cü il oktyabrın 19-da keçiriləcəyini təsdiqləyib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə partiyanın qurultayında bildirib.

“Əgər Ali Məhkəmə buna qərar verərsə və ümid edirik ki, belə olacaq, gələn il oktyabrın 19-da müstəqillik referendumu keçiriləcək”, - Sturgeon bildirib.

Sturgeon hesab edir ki, Şotlandiyada əhalinin 50%-dən çoxu Böyük Britaniyadan müstəqilliyə tərəfdardır, gənclər arasında isə bu rəqəm daha da yüksəkdir.

Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk referendum 2014-cü ildə keçirilib. Daha sonra bölgədə yaşayan Britaniya və Avropa İttifaqı vətəndaşlarından “Ölkə müstəqil olmalıdırmı?” sualına cavab vermələri istənilib. Nəticədə rəyi soruşulanların 55,3%-i ayrılmanın əleyhinə, 44,7%-i isə müstəqilliyin lehinə səs verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az