Zelenski və Tras Ukraynaya hərbi yardımı müzakirə etdilər

23:40 - 10 Oktyabr 2022

Zelenski və Tras Ukraynaya hərbi yardımı müzakirə etdilər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə telefon danışığı zamanı Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

"Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik", - Zelenski yazıb.

O əlavə edib ki, rəsmi Kiyev Rusiyanın daha da təcrid olunması məsələsində Britaniyaya bel bağlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az