Zelenski Ukraynaya kütləvi raket hücumunun səbəbini AÇIQLADI

23:46 - 10 Oktyabr 2022

Zelenski Ukraynaya kütləvi raket hücumunun səbəbini AÇIQLADI

Rusiya hərbçiləri döyüş meydanında Ukrayna müdafiəçilərilə bacara bilmədikləri üçün raket terroruna əl atırlar.

 

Manset.az xəbər verir ki, bunu öz videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukraynanı qorxutmaq mümkün deyil. Yalnız daha çox birləşdirmək mümkündür. Ukraynanı dayandırmaq mümkün deyil. Yalnız daha çox inandırmaq mümkündür ki, terrorçuları zərərsizləşdirmək lazımdır. İndi də işğalçılar döyüş meydanında bizə qarşı çıxa bilmirlər və buna görə də onlar belə terrora əl atırlar. Gəlin döyüş meydanını düşmən üçün daha ağrılı edək. Dağıdılanları isə biz bərpa edəcəyik”, - dövlət başçısı bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az