Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDU

10:13 - 11 Oktyabr 2022

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDU

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Odessa və Nikolayev vilayətlərinə hücum məqsədilə istifadə etdiyi 8 kamikadze pilotsuz aparatını vurub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bu barədə "cənub" ordusunun Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

"Oktyabrın 11-də saat 03:30-dan 05:30-a kimi cənub ordu qruplaşmasının zenit müdafiə qüvvələri və vasitələri tərəfindən Nikolayev vilayəti üzərində düşmənin “Şahed-136” tipli 5 kamikadze pilotsuz uçan aparatı, Odessa vilayəti üzərində isə 3 uçan aparatı məhv edilib.

Məlumatda qeyd olunub ki, Rusiya Ukraynaya qarşı İran pilotsuz uçan aparatlarından istifadə edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az