Rusiya ordusu “Shahed-136” kamikadze-dronları ilə Vinnitsa bölgəsindəki İstilik Elektrik Stansiyasına (İES) zərbələr endirib.
Manset.az xəbər verir ki, bu barədə Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov öz “Telegram” səhifəsində məlumat verib.
“Hazırda bütün xidmətlər işləyir”, - deyə Sergey Borzov vurğulayıb.
S.Borzov Ukrayna vətəndaşlarına müraciət edərək hava hücumu zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.