Əvvəllər iki dəfə Malayziyanın baş naziri olmuş 97 yaşlı Mahathir Məhəmməd növbəti ümumi seçkilərdə yenidən namizəd olacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mahathir 93 yaşında ikinci dəfə seçildiyi 2018-ci il seçkilərində dünyanın ən yaşlı hökumət başçısı olmuşdu.
97 yaşlı Məhəmməd ötən il ürək xəstəliyindən əziyyət çəksə də, hazırda vəziyyətinin yaxşı olduğunu deyib. Onun ittifaqı seçkidə qalib gələcəyi təqdirdə baş nazir olub-olmayacağı ilə bağlı məlumat verməyib.