“Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik” - Ərdoğan

18:16 - 12 Oktyabr 2022

“Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik” - Ərdoğan

Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik”.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.

Ərdoğan Qazaxıstanda olmaqdan məmnunluq duyduğunu ifadə edib.

“Dəvətə cavab olaraq ata-baba yurdumuz Qazaxıstanda olmaqdan məmnunluq duyuram. Biz dost və qardaş ölkələrimiz arasında münasibətlərimizin bütün aspektlərini dəyərləndirdik.

Münasibətlərimizin bu yüksək səviyyəsi xalqlarımız arasında ortaq tarixi və mədəni əlaqələrindən qaynaqlanır. Aramızdakı əməkdaşlıq bu gücü daha da artırır. Qazaxıstanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər bizim üçün qürurvericidir. Biz Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındayıq. Bundan sonra da qardaş Qazaxıstanda sülh və əmin-amanlığı dəstəkləməyə davam edəcəyik. Dünən olduğu kimi, bu gün də yan-yanayıq, bir yerdəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az