Ərdoğan Putinlə bu mühüm məsələni müzakirə edəcək

23:12 - 12 Oktyabr 2022

Ərdoğan Putinlə bu mühüm məsələni müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az