"Yaşayan Nostradamus" 2024-cü ildə işğal ediləcək ölkəni AÇIQLADI

12:24 - 13 Oktyabr 2022

\"Yaşayan Nostradamus\" 2024-cü ildə işğal ediləcək ölkəni AÇIQLADI

"Yaşayan Nostradamus" kimi məşhur olan braziliyalı Salome ABŞ-nin 2024-cü ildə işğal ediləcəyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, koronavirus pandemiyasından tutmuş Rusiyanın Ukraynaya hücumuna qədər bütün hadisələri proqnozlaşdıran və “Yaşayan Nostradamus” kimi tanınan braziliyalı Athos Salome ABŞ-nin 2024 və ya 2026-cı illərdə bir hücumla sarsılacağını və işğal təhlükəsi ilə üz-üzə qalacağını iddia edib.

Braziliyanın Divinopolis şəhərində yaşayan 36 yaşlı Salome Britaniyanın “Daily Star” tabloid qəzetinə bu barədə müsahibə verib. Salome ABŞ-ni nəzərdə tutaraq, "Göydən nəsə düşəcək və heç nə qalmayacaq, bu, müharibənin başladığı barədə xəbərdarlıq olacaq. Bir neçə böyük lider ABŞ-ni cəhənnəmə çevirmək üçün birləşəcək. Bu, 11 sentyabr hücumlarından daha dağıdıcı olacaq" deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az