TikTok ianələri mənimsəyir – ŞOK İDDİA

13:25 - 13 Oktyabr 2022

TikTok ianələri mənimsəyir – ŞOK İDDİA

TikTok-un tətbiq vasitəsilə suriyalı uşaqlara edilən ianələrin çoxunu ələ keçirdiyi müəyyən edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BBC tərəfindən aparılan araşdırma TikTok-un qaçqın düşərgələrində yaşayan suriyalılar üçün edilən ianələrin təxminən 70 faizini ələ keçirdiyini ortaya qoyub.

İzləyicilər tərəfindən bir neçə sent dəyərində qızılgül şəklində göndərilən rəqəmsal hədiyyələr və ya 500 dollar dəyərində bir aslan və ya kainat animasiyası real pulla alınır və daha sonra sosial media tətbiqindən nağd olaraq çıxarıla bilər.

TikTok şirkəti öz platformasında bu cür məzmuna icazə verilmədiyini və rəqəmsal hədiyyələrdən alınan komissiyanın 70 faizdən çox aşağı olduğunu bildirib, lakin dəqiq məbləği təsdiqləməyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az