Andre Tomas adlı şəxs həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra həbsxanaya aparılarkən gözünün birini yeyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2004-cü ildə Tomas adlı şəxs 20 yaşlı həyat yoldaşı Laura Boren və onların 4 yaşlı oğlu və 13 aylıq ögey qızını bıçaqlayaraq öldürüb. Hadisədən qısa müddət sonra Tomas təslim olub və günahını etiraf edib. Məhkəmədə etiraf zamanı o, "onları şərdən azad etmək” üçün ürəklərini sinələrindən qoparmağa çalışdığını bildirib. Və bunun ona Allah tərəfindən əmr edildiyini söyləyib.
Məhkəmədən 4 gün sonra həbsxanada göz bəbəklərindən birini çıxarıb. Dörd ildən sonra o, digər gözünü də çıxarıb və guya o, mühafizəçiyə onu yediyini deyib.
