Məşhur aktrisa İrandakı etirazlara dəstək üçün soyundu - VİDEO

14:24 - 13 Oktyabr 2022

Məşhur aktrisa İrandakı etirazlara dəstək üçün soyundu - VİDEO

İranlı aktrisa ölkəsindəki etirazlara dəstək üçün əvvəlcə hicab geyinib,  daha sonra soyunub.

 

Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, beynəlxalq yayım platformasında "Müqəddəs Oyunlar" serialının baş rol ifaçısı olan Elnaaz Noruzi İranda rejim qüvvələri tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayan etirazlara dəstək verib. O, sosial şəbəkədə paylaşdığı videoda əvvəlcə hicabını çıxarıb, sonra isə yalnız alt paltarı ilə qalıb.

Noruzi İnstaqram hesabında, "Hər bir qadın, dünyanın harasında olursa olsun, istədiyi vaxt və harada olduğundan asılı olmayaraq nəyi istəsə onu geyinmək hüququna malik olmalıdır. Heç bir kişinin və ya başqa bir qadının onu mühakimə etməyə və ya ondan fərqli geyinməsini istəməyə haqqı yoxdur. Hər kəsin fərqli geyimi var. Fikirlər və inanclara hörmət edilməlidir. Demokratiya qərar vermə gücü deməkdir. Hər bir qadının öz bədəni üzərində qərar vermək səlahiyyəti olmalıdır!” deyib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az