Almaniyada səhiyyə naziri Karl Lauterbaxı qaçırmağı planlaşdıran qadının saxlanıldığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Federal Baş Prokurorluqdan verilən açıqlamada, saxlanılan Almaniya vətəndaşı Elizabet R-nin terror təşkilatının rəhbəri və federal hökumətə qarşı xəyanət cəhdinin hazırlanmasında şərik olmaqda ittiham olunduğu bildirilib.