Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü baş tutub.
Manset.az BAKU.WS-ə istinadən istinadən verdiyi məlumata görə, liderlər Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində bir araya gəliblər.
Qeyd edək ki, bunadək Vladimir Putin Qətər, Fələstin, Türkiyə, Qırğızıstan və Tacikistan rəhbərləri ilə görüşmüşdü.