Hulusi Akar almaniyalı və fransalı həmkarları ilə görüşdü - FOTO

19:15 - 13 Oktyabr 2022

Hulusi Akar  almaniyalı və fransalı həmkarları ilə görüşdü - FOTO

Türkiyə milli müdafiə naziri Hulusi Akar Brüsseldə NATO qərargahında Almaniya müdafiə naziri Kristin Lambrecht və Fransa müdafiə naziri Sebastien Lekornu ilə görüşüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüşlər zaman nazir Akar Türkiyənin Ukraynaya verdiyi dəstəklə atəşkəsə nail olmaq və gərginliyi azaltmaq üçün göstərdiyi səyləri xatıradaraq diplomatiyanın əhəmiyyətini vurğulayıb.

Həmkarları isə Akara Türkiyənin qlobal ərzaq böhranının həllində aktiv roluna və taxıl dəhlizi ilə əsir mübadiləsinin həyata keçirilməsinə nail olduğuna görə təşəkkür edib.

Bundan əlavə, görüşlərdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri və müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az