Türkiyə və Yunanıstanın müdafiə nazirləri arasında görüş oldu

01:15 - 14 Oktyabr 2022

Türkiyə və Yunanıstanın müdafiə nazirləri arasında görüş oldu

Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panaqiotopulos ilə görüşüb.

 

Manset.az xəbər verir ki, danışıqlar zamanı hər iki tərəf Afina ilə Ankara arasında gərginliyin aradan qaldırılmasının vacibliyini bəyan ediblər.

Həmçinin, nazirlər Türkiyə və Yunanıstan arasında əlaqə kanallarının açıq qalması ilə bağlı razılığa gəliblər.

40 dəqiqə davam edən görüşlə bağlı rəsmi açıqlamada, beynəlxalq hüquq və mehriban qonşuluq qaydaları əsasında bölgədə sabitlik atmosferinin yaradılmasının zəruriliyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az