Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın "Türk axını" təbii qaz boru kəmərini sabotaj etməyə hazırlaşdığını iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi internet saytından verilən açıqlamada Rusiyanın enerji infrastrukturunu hədəfə alaraq Avropa ölkələrini şantaj etməyə çalışdığı iddi edilib:
“Ukrayna mütəmadi olaraq tərəfdaşlarını Rusiyanın enerji infrastrukturuna qarşı terror planları barədə xəbərdar edir”.