ABŞ prezidenti Co Bayden ölkədə benzin qiymətlərinin hələ də çox yüksək olduğuna diqqət çəkərək, bu mövzuda gələn həftə açıqlamalar verəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən məlumatına görə, Bayden, Los Ancelesdə metro xəttinə edilən yeni əlavələri araşdırıb və bu xəttin ictimai nəqliyyatı yaxşılaşdıracağını, hava çirkliliyinin azaldılmasına kömək edəcəyini söyləyib.
Ölkədə benzin qiymətlərinin hələ də çox yüksək olduğunu vurğulayan Bayden, "Gələn həftə qazın qiymətinin endirilməsi ilə bağlı yeni elanlarım olacaq. Benzinin qiyməti çox bahadır, çalışmalara davam etməliyik" deyib.