Türkiyədə baş verən faciədə ölənlərin sayı 14 nəfərə çatdı - YENİLƏNDİ - VİDEO

00:16 - 15 Oktyabr 2022

Türkiyədə baş verən faciədə ölənlərin sayı 14 nəfərə çatdı - YENİLƏNDİ - VİDEO

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

***

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

***

Türkiyənin Bartın şəhərində kömür mədənində partlayışın ilkin səbəbi məlum olub.

 

Manset.az xəbər verir ki, AFAD-ın verdiyi açıqlamada partlayışa transformatorun səbəb olduğu bildirilib.

***

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.

***

Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də mədən karxanasında partlayış baş verib.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az