Bartında mədəndəki partlayışın ilkin səbəbi AÇIQLANDI

12:43 - 15 Oktyabr 2022

Bartında mədəndəki partlayışın ilkin səbəbi AÇIQLANDI

Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışın ilkin səbəbi açıqlanıb. 

 

Manset.az-ın məlumatına görə, ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz partlayışa səbəbin metan qazının yayılmasının olduğunu bildirib. 

Xatırladaq ki, dünən axşam saatlarında baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az