“Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur” - Ukrayna Baş Qərargahı

13:12 - 15 Oktyabr 2022

“Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur” - Ukrayna Baş Qərargahı

Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat yayılıb.

Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.

Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az