Rusiyada neft bazasında yanğın başladı

16:58 - 15 Oktyabr 2022

Rusiyada neft bazasında yanğın başladı

Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.

 

Manset.az-ın məlumatına görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov “Telegram” kanalında paylaşım edib.

Vyaçesla Qladkov yazıb ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.

Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az