Bu ölkədə dabaq xəstəliyi kəskin ARTDI

20:20 - 15 Oktyabr 2022

Bu ölkədə dabaq xəstəliyi kəskin ARTDI

Namibiyanın şimal-şərqində dabaq xəstəliyinin kəskin artımı qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi ölkənin baş baytar həkimi Albertina Şilonqoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bütün Zambezi rayonunun ərazisi infeksiya zonası elan edilib. Orada cütdırnaqlı heyvanların hərəkətinə müvəqqəti qadağa tətbiq edilib. A.Şilonqo gələn həftə mal-qaranın peyvəndlənməsinı başlanacağını açıqlayıb.

Dabaq xəstəliyi iri və xırdabuynuzlu mal-qara, camış, at və donuzlara təsir edən kəskin yoluxucu xəstəlikdir. Hərarətin yüksəlməsi və ağız boşluğunun selikli qişasının, yelin və ətrafların dərisinin aftoz zədələnməsi ilə xarakterizə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az