BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə Report-un yerli bürosuna açıqlamasında Təşkilatın sözçüsü Stefan Düjarrik deyib.
Sözçü bildirib ki, Baş katib Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində insan ölümündən dərin kədər hissi keçirir:
“Antoniu Quterreş həlak olanların ailələrinə, eləcə də Türkiyə hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.