Dörd ölkə “Avroviziya”dan imtina etdi

15:35 - 16 Oktyabr 2022

Dörd ölkə “Avroviziya”dan imtina etdi

Monteneqro, Bosniya-Hersoqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirakdan imtina ediblər.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” saytı məlumat yayıb.

Məlumata görə, ilk öncə Monteneqro müsabiqədən imtina edib. Bu qərara səbəb iştirak üçün yetərincə büdcə vəsaiti yoxdur.

Şimali Makedoniya da maliyyə çatışmazlığı səbəbindən qatılmayacağını açıqlayıb.

2017-ci ildən maliyyə səbəbindən müsabiqədə iştirak etməyən Bosniya-Hersoqovina da eyni səbəbdən müsabiqəyə qatılmayacağını elan edib.

Bolqarıstan isə bəyan edib ki, artıq bu müsabiqə onlar üçün əhəmiyyət kəsb etmir və həmişəlik ordan uzaqlaşırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az