Serbiya Ukraynadakı səfirliyini əməkdaşlarının müdafiəsi səbəbindən müvəqqəti olaraq bağlamnaq qərarına gəlib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyevdəki səfirlikdən məlumat verilib.
“Ukrayna ərazisində olan bütün Serbiya vətəndaşları üçün 24 saat boyu yardım göstəriləcək”, - məlumatda qeyd olunub.
Səfirlikdən bildirilib ki, əməkdaşlar vəziyyət normallaşana qədər Belqraddan fəaliyyət göstərəcəklər.