ABŞ hərbi təyyarələri Ukrayna yaxınlığında göründü

21:49 - 16 Oktyabr 2022

ABŞ hərbi təyyarələri Ukrayna yaxınlığında göründü

ABŞ-ın “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin “F/A-18E Super Hornet” qırıcı-bombardmançı təyyarələri Rumıniya səmasında təlim uçuşları həyata keçirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, uçuşlar NATO-nun “Neptun Strike” təlimləri çərçivəsində baş tutub. Bu təlimlərə Rumıniyada müvəqqəti yerləşdirilmiş Kanadanın “CF-18 Hornet”s qırıcıları da cəlb edilib.

Qeyd edək ki, Şərqi Aralıq dənizində yerləşən “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu Balkanlar yaxınlığında fəaliyyət göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az