“Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə təşəkkür edirəm” - Ərdoğan (FOTO)

23:20 - 16 Oktyabr 2022

“Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə təşəkkür edirəm” - Ərdoğan (FOTO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərində baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, Türkiyə prezidenti bu barədə tviter hesabında yazıb.

“Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə, onların xalqlarına və beynəlxalq təşkilatlara səmimi həmrəyliklərinə görə, Türk Milləti adından təşəkkür edirəm”, - deyə R.T.Ərdoğan bildirib.

Prezident Ərdoğan paylaşımında başsağlığı verən ölkələrin bayraqlarına yer verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az