Rusiyada səfərbərlik çərçivəsində xidmətə cəlb olunan iki nəfər təlim zamanı digər əsgərlərə atəş açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi Belqorod şəhərində hərbi təlim bazasına hücumu terror aktı kimi qiymətləndirib.