İlk təsbitlərə görə, Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu İran istehsalı olan kamikadze dronlarla həyata keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kiyev meri Vitali Kliçko sosial media hesabından verdiyi açıqlamada paytaxtın Şevçenski rayonunda iki ayrı partlayışın olduğunu bildirib. Hücumlar İran istehsalı olan kamikadze dronlarla həyata keçirilib.
Rusiya oktyabrın 10-dan Kiyevə hücumlarında eyni PUA-lardan istifadə edir.
Digər tərəfdən, İran Rusiyaya yeni silahlar göndərəcək. Yeni silahların arasında ballistik raketlər və 300 və 700 kilometr mənzilli Fateh-110 və Zülfiqar raketləri olduğu bildirilir.