Bill Qeytsin yeni hədəfi bəlli oldu - 1,2 milyard dollarlıq ADDIM

12:42 - 17 Oktyabr 2022

Bill Qeytsin yeni hədəfi bəlli oldu  - 1,2 milyard dollarlıq ADDIM

İllər əvvəl pandemiya ilə üzləşə biləcəyimizi açıqlayan və koronavirus vaksinlərinə ciddi sərmayələr qoyan Qeytsin növbəti hədəfi bəlli olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bill və Melinda Qeyts Fondu yeni ianə edib.

Bill Qeyts və onun keçmiş arvadı Melindanın rəhbərlik etdiyi fond bütün dünyada poliomielit xəstəliyinin aradan qaldırılması səyləri çərçivəsində 1,2 milyard dollar ianə edib.

Bill Qeyts bununla bağlı açıqlama verib:

“Poliomielit xəstəliyinin aradan qaldırılması qaçılmazdır. Ancaq hələlik xəstəlik təhlükə olaraq qalır. Birgə işləmək bu xəstəliyə son verə bilər”.

Melinda Frenç Qeyts isə, “Bu təşəbbüs uşaqları poliomielitdən qorumaqdan daha çox şey etdi. Bu, səhiyyə sistemlərinin gücləndirilməsində əsas rol oynadı” - deyə, bildirib.

Qlobal Poliomielitlə Mübarizə Təşəbbüsü 2026-cı ilə qədər 370 milyon uşağı peyvənd etmək üçün 4,8 milyard dollar toplamaq niyyətindədir.

Lazımi addımların atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirən Qeyts, qlobal epidemiyaya qarşı cavab və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Bu sərmayədən əlavə, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün “Ar-Ge”yə daha çox dəstək verilməsi də daxildir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az