Zelenskidən əsir əsgərlərlə bağlı AÇIQLAMA

14:57 - 17 Oktyabr 2022

Zelenskidən əsir əsgərlərlə bağlı AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətlə bağlı məlumat verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, son günlər cəbhədə ciddi dəyişiklik olmadığını və Donbass bölgəsində əsas nöqtələrin "son dərəcə şiddətli" toqquşmaların davam etdiyi Soledar və Bahmut olduğunu bildirib.

“İşğalçılar Ukrayna əsgərlərinə qarşı bacardıqları hər kəsi, o cümlədən muzdlular arasında olan 2000 “əsir”i gətirdilər. Bunlar ağır cinayətlərə görə uzun müddət həbs cəzası çəkən “məhkumlardır”. Onları təkcə pulla deyil, həm də amnistiya vədi ilə cəbhədə saxlayırlar. Rusiya dövləti terroru belə dəstəkləyir. Qatilləri həbsxanadan tapır və bir daha öldürsələr, onlara azadlıq vəd edir”.

Bundan əlavə, Zelenski Rusiyada saxlanılan ukraynalıları da unutmadıqlarını vurğulayaraq, “Biz onları azad etməliyik. Biz onların heç birini düşmən əlində qoymadan hamısını xilas etməliyik. Ancaq bunun üçün mümkün qədər çox işğalçını ələ keçirməliyik. Bu son dərəcə vacibdir. Rus əsgərlərini sağ-salamat əsir götürən hər kəs bizə əsir düşən əsgərlərimizi xilas etmək imkanı verəcək” - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az