“Makron obyektiv ola bilmir” - Çavuşoğlu

15:45 - 17 Oktyabr 2022

“Makron obyektiv ola bilmir” - Çavuşoğlu

“Təəssüflər olsun ki, Fransa və Emmanuel Makron obyektiv ola bilmirlər”.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra mətbuat konfransında çıxışı zamanı deyib.

“Obyektiv ola bilməyəndə dürüst də ola bilmirsən. Cənab Prezident İlham Əliyev Makronun təklifini qəbul etdi. Praqada dördtərəfli görüş keçirildi. Bu iclasda Azərbaycana təzyiq göstərmək istəyiblər. Sizin qarşınızda keçmiş türk torpaqları yoxdur. Biz Azərbaycan ilə birlikdə münasibətlərin normallaşması mövzusunda səmimiyik. Beləliklə Cənubi Qafqazı sülh və sabitlik bölgəsinə çevirə bilərik”, - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya tərəfinin Qarabağ məsələsindən sui-istifadə etdiyini iddia edib. O, birtərəfli mövqe sərgiləyərək Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az