Krım körpüsünə hücumla bağlı daha 3 nəfər saxlanıldı

16:24 - 17 Oktyabr 2022

Krım körpüsünə hücumla bağlı daha 3 nəfər saxlanıldı

Rusiya ilə Krımı birləşdirən Krım körpüsündə baş vermiş partlayışla bağlı daha 3 nəfər həbs edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Krımın Simferopol şəhər məhkəməsi oktyabrın 13-də 5 şübhəlinin dekabrın 8-də keçiriləcək iclasa qədər həbsdə qalmasına qərar verdikdən sonra bu gün daha 3 məhbus məhkəmə qarşısına çıxıb.

Prokuror Aleksandr Bylin, Oleq Antipov və Dmitri Tyazhelıxın mütəşəkkil terror aktı törətməkdə ittiham olunaraq həbsini istəyib. Məhkəmə təqsirləndirilən şəxslərin dekabrın 8-dək həbsdə saxlanmasına qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az