“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır” - Podolyak

16:40 - 17 Oktyabr 2022

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır” - Podolyak

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.

M.Podolyakın fikrincə, Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az