NATO-nun nüvə təlimi başladı

17:37 - 17 Oktyabr 2022

NATO-nun nüvə təlimi başladı

NATO-nun “Steadfast Noon” nüvə qarşısının alınması təlimi Belçika, İngiltərə və Şimal dənizi üzərində başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO 17-30 oktyabr tarixləri arasında Belçika, İngiltərə və Şimal dənizi səmalarında davam edəcək təlimlə bağlı açıqlama verib:

"İyun ayında Madrid Sammitində müttəfiq ölkələrin liderləri tərəfindən qəbul edilmiş NATO-nun yeni strateji konsepsiyası açıq şəkildə göstərir ki, “NATO-nun nüvə potensialının əsas məqsədi sülhü qorumaq, təhlükənin və təcavüzün qarşısını almaqdır”. Nə qədər ki, nüvə silahı var, NATO nüvə ittifaqı olaraq qalacaq. NATO-nun məqsədi hamı üçün daha təhlükəsiz və nüvəsiz dünyadır".

NATO-nun nüvənin qarşısının alınması təlimində 14 ölkədən dördüncü və beşinci nəsil döyüş təyyarələri ilə yanaşı, 60 müşahidə, tanker və müxtəlif tipli təyyarələr iştirak edir.

ABŞ-nin B-52 uzaqmənzilli bombardmançılarının da yer aldığı təlimdə əsl sursatdan istifadə edilməyəcəyi bildirilib.

NATO-nun bu addımı Rusiyanın nüvə xəbərdarlığına cavab kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az