Moskvada səfərbərliyin bitdiyinin elan edildiyi anların görüntüsü : “Hamı azaddır” -VİDEO

18:10 - 17 Oktyabr 2022

Moskvada səfərbərliyin bitdiyinin elan edildiyi anların görüntüsü : “Hamı azaddır” -VİDEO

Rusiyanın paytaxtı Moskvada qismən səfərbərlik başa çatıb.

 

Manset.az xəbər verir ki, müvafiq qərar yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib.

Səfərbərliyin ləğvi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə gündəm olub. Videoda Moskvada səfərbərliyin bitdiyi bəyan edilir. “Hər kəs azaddır! Çağırışlar ləğv edildi! Səfərbərlik bitdi! Hər kəs eşitdimi?!”, - deyə hərbçi bildirir.

Bundan əvvəl qeyd edilmişdi ki, oktyabrın 17-də səfərbər olunanların toplandığı məntəqələr saat 14:00-dan etibarən bağlanacaq.

Sosial şəbəkələrdə həmçinin çağırışçının məntəqədən geri qaytarıldığı video da yer alıb. Məntəqənin girişində çağırışçıya səfərbərliyin bitdiyi bildirilir. O geri göndərilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az