Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Həkimlər biri uşaq olmaqla 8 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Ümumilikdə hadisə nəticəsində 21 nəfər yaralanıb.
***
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralıların olduğu bildirilir.Hadisə şahidləri yaşayış binasına hərbi təyyarənin çırpıldığını bildiriblər.
Rusiya KİV-in yaydığı məlumata əsasən, qəzaya uğrayan Su-34 qırıcısı olub. Pilotun katapult edərək xilas olduğu bildirilib.